Ana Vətən Partiyasının üzvləri Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Partiyadan məlumat verilib.
"1918 - ci il, Sentyabr ayının 15 - i Bakının işğalçı, barbar erməni - bolşevik birləşmələrindən azad olunduğu gündür. Bu gün Azərbaycan tarixinin ən qürurlu səhifələrindən biridir. pizza
Erməni - bolşevik hərbi birləşmələrinin törətmiş olduqları vəhşiliklərə qarşı və Azərbaycanın müstəqilliyinin qorunub - saxlanması üçün qardaş Türk xalqı 1130 Şəhid verdi. Türk qoşunlarınıın Azərbaycanın müstəqilliyinin qorunub - saxlanması və Bakının azad olunmasında göstərdiyi tarixi qəhrəmanlıq Azərbaycan - Türkiyə münasibətlərinin örnəyi kimi əbədi olaraq yaddaşımıza həkk olunmuşdur.
Biz Anavətənçilər ənənəmizə sadiq qalaraq, Bakının azad olunması uğrunda Şəhid olan Türk qardaşlarımızın əziz xatirəsinə ucaldılmış Bakı Türk Şəhidliyi abidəsini böyük qürur hissi ilə andıq. Uca Yaradan bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!" - məlumatda deyilir.
Telegram kanalımız