Aprelin 28-də Qazax rayonunun işğaldan azad edilmiş Qızılhacılı kəndi ərazisində mina hadisəsi baș verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.
Agentliyin əməkdaşı, 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrindən yüngül xəsarətlər alıb. Dördpendirli pizza
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Telegram kanalımız