Ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - Azərbaycanda - Yenilənib+Video

saytların hazırlanması

Evə çatdırılma

Ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - Azərbaycanda - Yenilənib+Video

Kriminal

22 Fevral 2020 14:50 1033


Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaş yarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb. "Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb. Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır. https://cdn.yenisabah.az/files/Screenshot_35.png https://www.youtube.com/watch?time_continue=76&v=HV-dT8har6c&feature=emb_logo
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!