Anar Ələkbərov Xalq rəssamı Ömər Eldarovu evində ziyarət etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Anar Ələkbərov Xalq rəssamı Ömər Eldarovu evində ziyarət etdi - Fotolar

Siyasət

21 Dekabr 2025 16:05 587


Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.

"Yeni Sabah" xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"98 - kimsə üçün sadəcə bir rəqəmdir. Ömər müəllim üçün isə bu, nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur. Dominos pizza

Bu illəri Siz şərəf və ləyaqətlə yaşamısınız - təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz.

Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun.

Doğum gününüz mübarək, Sənətkar!", - paylaşımda deyilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!