Anası narkoman olan 10 yaşlı qız polisə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Anası narkoman olan 10 yaşlı qız polisə müraciət etdi

Maraqlı

13 Noyabr 2021 11:16 1097


Azərbaycanda 10 yaşlı uşaq polisə müraciət edərək sığınacağa yerləşdirilməsini istəyib.

Yenisabah.az xəbər verir ki, bu haqda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaməlumat yayıb.

O bildirib ki, 10 yaşlı qız artıq sığınacağa yerləşdirilib: pizza sifarişi

“Qızımızın atası başqa qadınla evlidir və ayrı yaşayır. Anası isə narkotik istifadəçisi olduğundan qızı evdən çıxararaq ona hardan olursa olsun pul gətirməsini tələb edib. Azyaşlı dəfələrlə buna qarşı çıxmağa çalışıb və çox pis şəkildə döyülüb.

Qızımız bildirir ki, anası ona hətta bıçaqla belə xəsarət yetirib. İndiyədək anasının narkotikini qarşılamaq və döyülməməsi üçün çalışan qız sonda bezərək polisə müraciət edib. Qızın heç bir sənədi, təhsili, tibbi kartı yoxdur. İlk növbədə sənədləri hazırlanacaq və təhsilini bərpa etməyə çalışacağıq”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!