Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci, yəni, qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə həbs cəzasına məhkum edilmiş Abıyev Rasim Abı oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını xahiş edib.
“Yeni Sabah”ın məlumatına görə, kassasiya şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 2012-ci ilin 22 dekabr tarixində Masallı rayonunda Köhnə Alvadı kəndində yaşayan 56 yaşlı Rasim Abıyev qardaşı Əfqan Abıyevi ailə münaqişəsi zəminində qətlə yetirib. Məlumata görə, 43 yaşlı Ə.Abıyev xeyli müddət Rusiya Federasiyasında yaşayıb və orada işləyib. Bir neçə il əvvəl o, Rusiyada evləndiyi xanımı və qızı ilə birlikdə kəndə qayıdıb. Lakin anası oğlunun həmin qadınla evliliyinə qarşı çıxıb və onların ata evində yaşamasına icazə verməyib. Bundan sonra Ə.Abıyev ailəsini də götürərək Bakıya qayıdıb və burada kirayə ev tutub. Bu müddət ərzində o, dəfələrlə kəndə anasının yanına da gedib və hər dəfə anasından kəndə köçmək üçün razılıq almağa çalışıb. Lakin qadın buna icazə verməyib. Hər dəfə də Ə.Abıyev kənddə olarkən inadına görə yaşı 70-i ötmüş anasını döyürmüş. Bundan xəbər tutan Ə.Abıyevin böyük qardaşı Rasim məsələyə müdaxilə edib. Anasının oğlu tərəfindən döyülməsinə dözməyən 56 yaşlı kişi növbəti döyülmə hadisəsi baş verəndə evə gəlib. O, qardaşı Əfqanın anasını yenə vurduğunu görüb. Buna görə də qardaşı ilə dalaşıb. Kiçik qardaşının hərəkətlərinin qarşısını ala bilməyən R.Abıyev daha sonra bıçağa əl atıb. O, bıçaqla Əfqana iki ölümcül zərbə endirib. Ə.Abıyev ölüb, o isə polis şöbəsinə gedərək əməlini etiraf edib və təslim olub. Dördpendirli pizza
Azər İsrafilov
Telegram kanalımız