Ançelotti Ardadan danışdı: Zamana ehtiyac var

saytların hazırlanması

Evə çatdırılma

Ançelotti Ardadan danışdı: Zamana ehtiyac var

İdman

25 Fevral 2025 16:54 219


"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Güler barədə danışıb.

Yenisabah.az xəbər verir ki, mütəxəssis son 5 matçda oyun şansı almayan 19 yaşlı yarımmüdafiəçinin zamana ehtiyacının olduğunu deyib: 

"Bu, onun və bütün gənc futbolçular üçün bir prosedurdur. Rodriqo, Valverde və Vinisius da eyni şeyi yaşayıb. Arda Gülerlə bağlı xüsusi bir məsələ yoxdur. Dünyanın ən yaxşı komandalarından birinin bir parçası olmaq üçün zamana ehtiyacı var və hər kəs bunu başa düşür. Anlamayanlar da anlamaq məcburiyyətindədirlər. Arda yaxşıdır və oynamağa hazırdır". pizza hut

Qeyd edək ki, daha öncə mətbuatda Arda Gülerin ehtiyat oyunçular arasında qalmaqdan narazı olduğu ilə bağlı xəbərlər yayılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!