Ankara ilə münasibətlər yaxşılaşır - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

Ankara ilə münasibətlər yaxşılaşır - Mirzoyan

Rəsmi

07 Fevral 2023 17:05 826


“Ermənistanla Türkiyə arasında danışıqlarda müəyyən irəliləyiş var”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində almaniyalı vəzifədaşı Annalena Burbok ilə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ətrafında dialoq aparılır. Toyuqlu pizza

Nazir qeyd edib ki, Ermənistan tərəfinin nöqteyi-nəzərindən proses bir qədər ləng templə gedir, eyni zamanda, müsbət irəliləyişlər var və bu, yaxşıdır.

O xatırladıb ki, bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər ki, bu da növbəti müsbət addımdır.

Rəsmi İrəvan ümid edir ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək.

2023-cü il yanvarın əvvəlində məlum olub ki, Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!