Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarət olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. Dominos pizza
Baş Qərargah rəisi xatirə kitabına ürək sözlərini yazıb. Sonra general-polkovnik K.Vəliyev türkiyəli həmkarı ilə görüşüb.
Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Telegram kanalımız