Antiterror əməliyyatında 192 hərbçimiz şəhid olub -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Antiterror əməliyyatında 192 hərbçimiz şəhid olub - SİYAHI

Maraqlı

27 Sentyabr 2023 11:06 3195


Antiterror tədbirlərində şəhid olan və yaralanan hərbçilərin sayı açıqlanıb.

Yenisabah.az xəbər evrir ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Marqarita pizza

Müdafiə Nazirliyindən bildirilib ki, 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb. 

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

ŞƏHİDLƏRİMİZİN SİYAHISI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!