APOEL Bakıya 20 futbolçu ilə gəlir - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

APOEL Bakıya 20 futbolçu ilə gəlir - Siyahı

İdman

22 Oktyabr 2019 22:26 1146


Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu sabah Bakıya yola düşəcək.

"Yeni Sabah" xəbər verir ki, səhər 11:00-da çarter reysi ilə yola düşəcək Kipr təmsilçisi ölkəmizə saat 13:20-də çatacaq. APOEL Bakıya 20 futbolçu ilə gələcək.

Siyahı belədir: 12. Dmitrios Priniotaki (q), 27. Vid Beltes (q), 35. Boy Vaterman (q), 6. Savvas Gentsoqlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 9. Linus Hallenius, 11. Musa Əl-Taamari, 14. Uroş Matiç, 17. Antonio Yakoliş, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolos İoannu, 46. Efstatios Aloneftis, 89. Roman Bezyak, 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç, 95. Alef dos Santos pizza mizza

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı yerli vaxtla saat 20:55-də start götürəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!