Premyer Liqanın 10-cu turunda “Neftçi” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gətirilib.
Klubdan “Yeni Sabah”a daxil olan məlumata görə, 22 yaşlı hücumçunun əzələsində dartınma olduğu aşkarlanıb. Onun təxminən, iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Qurban Qurbanov bu həftə səfərdə oynanılacaq APOEL (Kipr) – “Qarabağ” matçında futbolçunun xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, APOEL – “Qarabağ” matçı noyabrın 7-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 21:55-də start veriləcək. pizza hut
Telegram kanalımız