APOEL “Qarabağ”la matça itkilərlə çıxacaq – Siyahı 

saytların hazırlanması

Evə çatdırılma

APOEL “Qarabağ”la matça itkilərlə çıxacaq – Siyahı 

İdman

31 Oktyabr 2019 09:22 892


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL həftəsonu Kipr çempionatında AEK-lə baş tutacaq derbiyə hazırlıq keçir. 

“Yeni Sabah” xəbər verir ki, baş məşqçi Tomas Doll həm derbini, həm də gələn həftə - noyabrın 7-də baş tutacaq APOEL – “Qarabağ” önəmli hesab edir. Lakin Nikosiya təmsilçisi bu matçların heç birinə tam heyətlə hazırlaşmır. Belə ki, bəzi futbolçular zədə səbəbi ilə məşqlərdən kənarda qalıb. Onlar həkim nəzarətindədir. Kipr mətbuatının yazdıqlarına inansaq, aşağıda adları qeyd edilən futbolçular “Köhlən atlar”la oyunu buraxa bilər.

Nikolas Yoannu - "Qarabağ"la Bakıdakı qarşılaşmada zədələnən futbolçu hazırda müayinə olunur. Onun ev matçında iştirak edib-etməyəcəyi oyuna bir neçə günlər qalmış bilinəcək.  Marqarita pizza

Antonio Yakoliş – Topuq nahiyəsindən zədələnən hücumçunun həm AEK, həm də "Qarabağ"la qarşılaşmada iştirakı bəlli deyil. 

Roman Bezyak – Futbolçu zədədən əziyyət çəkir. Onun durumuna növbəti müayinədən sonra aydınlıq gələcək. 

Alef dos Santos - "Nea Salamina" ilə oyunun ilk hissəsində zədələnən yarımmüdafiəçinin durumu hələ də qeyri-müəyyəndir.

Tomas de Vinsenti - Argentinalı yarımmüdafiəçi AEK-lə derbidə iştirak etməyəcək. Yarımmüdafiəçinin "Qarabağ"la matçda iştirakı da sual altındadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!