“Apple“ şirkəti “iPhone“ istifadəçilərinə xəbərdarlıq etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Apple“ şirkəti “iPhone“ istifadəçilərinə xəbərdarlıq etdi 

Maraqlı

19 Avqust 2023 13:14 989


ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Apple” istifadəçilərinə xəbərdarlıq edib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət telefonlarını şarja qoyan istifadəçilərə cihazları ilə təmasdan çəkinmələri barədə xəbərdarlıq edib:

"Cihaz şarjda olarkən əlinizi telefon və ya şarj aləti ilə uzunmüddətli təmasdan uzaq tutun. Bu məsələdə istifadəçiləri məsuliyyətli olmağa səsləyirik. Bu, gələcəkdə yaralanmalara, ciddi dəri xəstəliklərinə səbəb ola bilər". pizza

Bundan əlavə "Apple"ın internet saytında "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlığı altında da istifadəçilərə xəbərdarlıq edilib.

Xəbərdarlıqda "iPhone" istifadəçilərinə xüsusi olaraq bildirilib ki, telefonlarını bütün gecə boyu şarj cihazına bağlı saxlamasınlar.

Həmçinin onlara cihazlarını adapterə taxıb yorğan, yastıq altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub. Qeyd olunur ki, telefonların uzun müddət havasız mühitdə adapterə taxılı halda qalması ciddi təhlükəyə səbəb ola bilər. 

 Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!