“Aprel müharibəsi ilə bağlı araşdırma aparılsa…”

saytların hazırlanması

Evə çatdırılma

“Aprel müharibəsi ilə bağlı araşdırma aparılsa…”

Dünya

04 İyun 2019 05:33 1264


2016-cı ili aprel müharibəsi ilə bağlı parlament istintaq komissiyasının yaradılması Ermənistan silahlı qüvvələri üçün olduqca təhlükəlidir.

Belə açıqlama ilə Ermənistanın ilk müdafiə naziri, prezident yanında İctimai şuranın sədri Vazgen Manukyan çıxış edib. Mayın 20-də baş nazir Nikol Paşinyan aprel müharibəsi zamanı baş verənlərin araşdırılması üçün komissiya qurulmasının vaxtının çatdığını bildirib. Ermənistan parlamenti bir neçə gün əvvəl belə komissiyanı artıq formalaşdırıb, bu işi müdafiə və təhlükəsizlik daimi Komissiyasına həvalə edib.

“Mən bu komissiyanın yaradılmasını təhlükəli və zərərli sayıram. Komissiyanın yaradılması olduqca təhlükəli nəticələrə səbəb ola bilər ki, mən hətta bu haqda indi danışmağa da çəkinirəm”-Manukyan bildirib. Toyuqlu pizza

O əlavə edib ki, deputatların komissiya çərçivəsində ordunun işlərinə qeyri-məhdud  qarışması yolverilməzdir. Çünki bu silahlı qüvvələrin müdafiə imkanlarını sarsıda bilər.

“Milli məclis ordunun işlərinə qarışmalı deyil... Hər şeyi korrupsiya ilə mübarizə adı altında dağıtmaq olmaz”-Manukyan bildirib.

Xatırladaq ki, aprel döyüşləri Ermənistan ordusunda təchizat, komandanlıq, hərbi hissələr arasında əlaqə və digər sahələrdə ciddi problemləri ortaya çıxarıb. Bu faktlara görə Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyinə daxil olan şəxslərin demək olar ki, hamısı vəzifələrini itiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!