Aqibət müəyyənləşdi: Ançelotti gedir

saytların hazırlanması

Evə çatdırılma

Aqibət müəyyənləşdi: Ançelotti gedir

İdman

20 Yanvar 2025 17:48 254


"Real"in baş məşqçisi Karlo Ançelottinin gələcəyi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, o, mövsümün sonunda İspaniya klubunu tərk edəcək.

Məşqçi klubdan ayrılmaq qərarına gəldiyi vurğulanır. "Real" mövsümü kuboklarla başa vursa belə, Ançelotti Madrid təmsilçisində qalmayacaq. Məşqçinin "Real" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. pizza

Karlo 2021-ci ildən "Real"a rəhbərlik edir. Bu müddət ərzində komanda 2 dəfə İspaniya çempionu olub, Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya kubokunu qazanıb. Mütəxəssis 2013-2015-ci illərdə də "Real"ı çalışdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!