Deputat Aqil Abbasın oğlu, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova töhmət verilib. Onun işində yol verdiyi nöqsanlara görə töhmət aldığı bildirilir.
Tuncay Abbasovun atası, deputat Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, məsələdən xəbərsiz olduğunu söyləyib.
“Oğlumun 38 yaşı var. Şəxsi işidir, mənim xəbərim yoxdur. O ayrı ailədir, mən ayrı. Deməli, işdə nöqsanlara yol verib ki, töhmət alıb. Rastlaşanda, soruşacam”. Marqarita pizza
Mehri QURBAN
Telegram kanalımız