Aqil Şirinov: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb” 

saytların hazırlanması

Evə çatdırılma

Aqil Şirinov: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb” 

Maraqlı

30 Avqust 2023 12:23 600


“Azərbaycanda heç vaxt antisemitizm olmayıb”. 

"Report" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan yəhudilərin təhlükəsizliyinin təmin edilməsi məsələsinə həmişə ciddi yanaşıb: "Qubada yerləşən Qırmızı qəsəbə kəndi bunun daha bir təsdiqidir. Azərbaycan əhalisinin əksəriyyətinin İslam dinini təbliğ etməsinə baxmayaraq, bu, müsəlmanların və yəhudilərin sülh şəraitində yaşamasına mane olmur". Dominos pizza

A.Şirinov vurğulayıb ki, Azərbaycanın tolerant siyasətini akademik səviyyədə də təmin etmək lazımdır: “Məsələn, universitetimizdə “Dinlər tarixi” adlı magistratura proqramı var və orada yəhudilik tarixi ivrit dilində tədris olunur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!