AQTA-dan zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

AQTA-dan zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

Hadisə

30 Noyabr 2019 07:29 874


Azərbaycan Qida Təhlukəsizliyi Agentliyi (AQTA) Nizami rayonu NZS qəsəbəsində tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Agentlikdən "Yeni Sabah"a bildirilib ki, zəhərlənmə ehtimalı barədə məlumat AQTA-ya daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!