Aprel ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1410 müraciət daxil olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən “Yeni Sabah”a bildiriblər ki, müraciətlərdən 313-ü sertifikatlaşdırma və qeydiyyat, 231-i idxal-ixrac əməliyyatları, 155-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı AQTA-ya 40 müraciət daxil olsa da, onlardan yalnız 20-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. pizza
Müvafiq dövrdə agentliyə daxil olan müraciətlərin 103-ü işə qəbulla, 568-i isə digər məsələlərlə əlaqədar olub.
Telegram kanalımız