AQTA-ya yeni səlahiyyət verildi

saytların hazırlanması

Evə çatdırılma

AQTA-ya yeni səlahiyyət verildi

İqtisadiyyat

29 İyun 2020 21:26 1064


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verilib.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştamlarının Milli Kolleksiyada saxlanmasına Qida Təhlükəsizliyi Agentliyi razılıq verəcək. Qüvvədə olan qərara əsasən, bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində olub. pizza sifarişi

Eyni zamanda, Agentlik tərəfindən Milli Kolleksiyanın bütün mikroorqanizm ştamlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştamları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin ediləcək.

Qüvvədə olan qanuna əsasən, bu səlahiyyət Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!