Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

saytların hazırlanması

Evə çatdırılma

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

Rəsmi

02 Dekabr 2020 18:49 1787


10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlılarının əhatəsində özünü güvəndə hiss edən Dağlıq Qarabağdaki separatçıların "rəhbəri" Araik Arutunyan özü kimi terrorçuları Xankəndiyə toplamağa davam edir.

Yenisabah.az xəbər verir ki, Araik Arutunyan bu gün sosial şəbəkədə yazdığı xəbərdə bildirib ki, Vitali Balasanyanı Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin “Təhlükəsizlik Şurasının katibi” postuna təyin edib.

Araik Arutunyan Mane Vanya Tandilyan adlı erməni qadını isə Dağlıq Qarabağ separatçılarının “əmək, sosial məsələlər və mənzil naziri” vəzifəsinə gətirib. Pepperoni pizza

Xatırladaq ki, əslən Əsgərandan olan Vitali Balasanyan Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. O, Qarabağdakı soyqırımı cinayətlərinin ən qatı iştirakçılarındandır. Dağlıq Qarabağda separatçıların “diviziya komandiri”, “müdafiə nazirinin müavini” olub.

Görünən odur ki, Araik Arutunyan Azərbaycan Ordusunun Qarabağdakı işğalçılara verdiyi dərsdən hələ ki nəticə çıxarmayıb.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!