Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçu rejiminin tör-töküntülərinin rəhbəri Araik Arutyunyanın rəsmi feysbuk səhifəsi Azərbaycan tərəfinin davamlı şikayətləri nəticəsində silinib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yer alıb.
Qeyd edilir ki, onun səhifəsinə bir neçə ay ərzində aktiv şikayətlər daxil olub, nəticədə səhifədə yazıların görünməsinin azalması, müxtəlif funksiyaların əlçatmazlığı şəklində tədricən məhdudiyyətlər tətbiq edilib. Son şikayətlər nəticəsində isə səhifə avqustun 26-da səhifə tamamilə bağlanıb. Dominos pizza
Telegram kanalımız