Araik Rusiya məhkəməsinə müraciət edib: Sülhməramlıların ailələri Qarabağa köçürülür? - Video

saytların hazırlanması

Evə çatdırılma

Araik Rusiya məhkəməsinə müraciət edib: Sülhməramlıların ailələri Qarabağa köçürülür? - Video

Siyasət

09 Dekabr 2022 22:12 1893


Araik Arutyunyan sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi üçün Rusiya Federasiyasının ən yüksək məhkəmə instansiyalarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni nəşri olan "Hraparak" məlumat yayıb.

“Bizə deyilib ki, Arutyunyan bununla bağlı Rusiyanın yüksək məhkəmə instansiyalarına müraciət edib və rus sülhməramlıların ailələrinin köçürülməsinin təşkil ediləcəyinə dair təminat alıb”, - deyə nəşr bildirib. pizza

Azərbaycanlı ekspertlər hesab edirlər ki, bu Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı gedən prosesin tam əleyhinədir. Millət vəkili Elman Nəsirov “TV Musavat” a bildirdi ki, A.Arutyunyan sülh razılaşmasının əldə olunmaması üçün əlindən gələni edir.

/Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!