Araiki bəsləyənlərə niyə cavab verilmir? - “Rəsmi Bakı icazə verməməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Araiki bəsləyənlərə niyə cavab verilmir? - “Rəsmi Bakı icazə verməməlidir”

Rəsmi

20 Dekabr 2020 17:49 1414


"Rusiya Azərbaycan ərazisindən Xankəndiyə tikinti materialları, humanitar yardım aparır. "Özünü müdafiə dəstələri" adında qanunsuz silahlı birləşmə təchizatla təmin edilir və Azərbaycan əsgərinə qarşı diversiya edir. Arayik Arutunyan da Rusiyanın yardımı ilə "mini hökümət" qurur. Bizə qarşı düşmənçiliyi davam etdirir. Rusiya Qarabağdakı ermənilərə yardım etməklə Azərbaycana qarşı qoyur. Rusiyanın buradakı ermənilərə humanitar və infrastruktur qurması qanunsuzdu və buna rəsmi Bakı icazə verilməməlidir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Qarabağdakı hazırki durumu şərh edərkən deyib.

"Azərbaycan tədricən özü bu işləri etməli idi. Oradakı ermənilər ya qalacaq bizim suverenliyimizi qəbul edəcək, yaxud çıxıb gedəcəkdi. Rusiya bunlara kömək etməklə, yenidən burada mina hazırlayır. pizza sifarişi

Silahlı erməni birləşmələri qalacaqsa, ora humanitar yardımın aparılmasına icazə verilməməlidir.

Azərbaycan mütləq Rusiya rəhbərliyinin bu təxribatçı siyasəti nəticəsində ermənilərin dirçəldilməsinə imkan verməyəcək. Əvvəlki vəziyyət tarixdə qaldı", - deyə politoloq əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!