Arayik 44 günlük müharibəyə görə dindiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Arayik 44 günlük müharibəyə görə dindiriləcək

Maraqlı

16 Avqust 2023 11:20 812


Ermənistan Milli Məclisinin 44 günlük müharibənin öyrənilməsi ilə bağlı təhqiqat komitəsi sentyabrda iclas keçirəcək. Bu dəfə qondarma rejimin rəhbəri Araik Arutyunyan da iclasda çıxış edəcək. 

Yenisabah.az “Joqovurd”a istinadla xəbər verir ki, Arutyunyan Laçın yolu bağlandığı üçün sessiyaya onlayn şəkildə qatılacaq. 

Erməni nəşri yazır ki, tanınmamış “DQR”in sabiq “müdafiə naziri”, “müdafiə ordusu”nun keçmiş “komandan”ı Cəlal Arutyunyan da istintaq komissiyasına gələcəyini vəd etsə də, dəqiq tarix və saatı açıqlamayıb.  Dördpendirli pizza

Qəzetin məlumatına görə, Arutyunyanın son dövrlər ortalıqda görünməməsi və Ermənistan siyasi hakimiyyətindən narazı qalması onun barəsində başlanmış cinayət işi ilə bağlıdır. Lakin hələ ki istintaq orqanı bu barədə yekun qərar verməyib. İstintaq komitəsi hələlik Cəlal Arutyunyanın müharibədə verdiyi əmrlərin uğursuz olub-olmamasını dəyərləndirməklə məşğuldur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!