Arayik “oyuncaq nazir”lər təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Arayik “oyuncaq nazir”lər təyin etdi

Rəsmi

11 Yanvar 2023 12:28 827


Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan tanınmamış DQR “hökumət”inin yeni tərkibinin təyin olunmasıyla bağlı “sərəncam” imzalayıb.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə qondarma qurum “prezident aparatının baş informasiya idarəsi” məlumat yayıb.

“Sərəncam”lara əsasən, Srbuhi Arzumanyan “Artsax prezident administrasiyası rəhbəri”nin birinci müavini vəzifəsindən azad edilərək separatçı qurumun “ədliyyə naziri” təyin edilib. Dominos pizza

Bundan əlavə, Aram Sarkisyan da “DQR”in “şəhərsalma naziri” təyin edilib.

Davit Babayan isə “Artsax xarici işlər naziri” vəzifəsini icra edən postdan azad edilib. 

Həmçinin, Sergey Qazaryan Qarabağ separatçılarının Ermənistan Respublikasındakı “daimi nümayəndəsi” vəzifəsindən azad edilərək, tanınmamış “dövlət”in “xarici işlər naziri” təyin edilib. 

Armen Manqasaryan isə “Artsax”ın “sosial inkişaf və miqrasiya naziri” təyin edilib. 

Qeyd edək ki, həmin gün “prezident” Arutyunyan Armen Manqasaryanın terrorçu rejimin “mənzil məsələləri komitəsinin sədri” vəzifəsindən azad edilməsi haqqında “hökumət”in qərarını təsdiqləyib. 

““Artsax Respublikası”nın “mənzil-tikinti komitəsi sədri”nin vəzifəsi isə müvəqqəti olaraq komitə sədrinin müavini İnna İşxanyana həvalə edilib”, – deyə məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!