Arayik yenə özünü biabır etdi: “Aksiya”nı dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Arayik yenə özünü biabır etdi: “Aksiya”nı dayandırdı

Maraqlı

26 İyul 2023 17:33 3329


Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan 1 həftədir Xankəndinin İntibah meydanında həyata keçirdiyi oturaq aksiyanı dayandırdığını bildirib. 

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, o, guya bununla separatçılaırn istədiklərinə qismən nail olduqlarını dilə gətirib. 

Azərbaycana beynəlxalq təzyiqin artdığını deyən Arutyunyan onu da əlavə edib ki, Xankəndidə mitinqlər davam edəcək.  Dördpendirli pizza

“Oturaq aksiya, kütləvi hərəkat və bütün digər səylərim beynəlxalq diqqəti cəlb etmək və əməli fəaliyyətə təkan vermək üçün artıq müəyyən nəticələr əldə etdiyinə görə, oturaq aksiyanı dayandırmaq və fövqəladə iş rejimində səylərimi davam etdirmək qərarına gəldim”, - o, deyib.

Araik bu açıqlaması isə Xankəndidə birmənalı qarşılanmayıb. Xatırladaq ki, son günlər separatçılar arasındakı ziddiyyətlər getdikcə dərinləşir. Belə ki, qondarma rejimin əsas “müxalifət qolu” sayılan Samel Babayanın “mərkəzi hakimiyyət”ə təzyiqləri fonunda tanınmamış “DQR” “parlamenti”nin “spikeri” Artur Tovmasyan istefa verdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!