Araz Ağalarovun qızına qarşı maska fırıldağı   - 2,6 milyon dollar itirdi

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarovun qızına qarşı maska fırıldağı - 2,6 milyon dollar itirdi

Maraqlı

05 Fevral 2021 13:28 1079


Azərbaycan əsilli  rusiyalı iş adamı Araz Ağalarovun qızı maliyyə fırıldağı ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, 400 min ədəd tibbi maska sifariş verən Səbinə Ağalarova bunun üçün 8,6 milyon dollar vəsait ödəyib.

Lakin məbləğ ödənildikdən sonra icraçı şirkətin rəhbəri yoxa çıxır. Xəfiyyə agentliklərindən birinin yardımı ilə Səbinə Ağalarova onu aldadan şəxsi tapır. İvanovo vilayətindən olan Sergey adlı şəxs zərərçəkmişə 6 milyon dolları geri qaytarsa da, qalan 2,6 milyon dolların maskaların hazırlanmasına sərf olunduğunu söyləyir. Dominos pizza

Modern.az-ın yazdığına görə, məsələ ilə bağlı məhkəməyə müraciət edən Səbinə Ağalarova onu aldadan şəxsin həbs edilərək azadlıqdan məhrum olunmasını tələb edib. Amma məhkəmə itirilən 2,6 milyon dollar əvəzində, cərimələrlə birlikdə təqsirləndirilən şəxsin Ağalarovaya 3,5 milyon dollar ödəməsi ilə bağlı yekun qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!