“Araz-Naxçıvan“ daha bir braziliyalı oyunçu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Araz-Naxçıvan“ daha bir braziliyalı oyunçu transfer etdi

İdman

01 Avqust 2022 11:50 1062


UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb.

Yenisabah.az Futzal Federasiyasnın rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Martin Guimaraes Junior Sinesio ilə müqavilə imzalayıb.

Son klubu Qazaxıstanın “Atirau” olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir. pizza hut

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, De Moura Joze Eduardo, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!