La Liqanın 33-cü turu çərçivəsində “Real Madrid” səfərdə “Xetafe”nin qonağı olub.
Yenisabah.az xəbər verir ki, oyun “kral klubu”nun minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Madridlilərin yeganə qolunu matçın 21-ci dəqiqəsində Arda Gülər vurub. Qarşılaşmada başqa qol olmayıb və “Real” səfərdə vacib 3 xal qazanıb. pizza
Bu nəticə ilə “Real Madrid” xallarının sayını 72-yə yüksəldib. O, lider “Barselona”dan 4 xal geri qalır.
Telegram kanalımız