Argentina çempionu “Spartak”ın heyətinə qatıldı

saytların hazırlanması

Evə çatdırılma

Argentina çempionu “Spartak”ın heyətinə qatıldı

İdman

11 Fevral 2025 17:37 246


Argentinalı yarımmüdafiəçi Pablo Solari Rusiya "Spartak"ının futbolçusu olub.

Yenisabah.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. Pablo artıq BƏƏ-də təlim-məşq toplanışında "qırmızı-ağlar"a qoşulub. O, "Spartak"da 7 nömrə altında çıxış edəcək.

Solarinin əvvəlki klubu Argentinanın “River Pleyt”idir. O, 2022-ci ilin yayından "River Pleyt"də  110 matçda 30 qol vurub və 17 məhsuldar ötürmə edib. Komandanın tərkibində Solari Argentina çempionu, Superkubok və Çempionlar Kubokunun qalibi olub. Marqarita pizza

Solari həm də Çili çempionu, ölkə kubokunun və Superkubokunun qalibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!