Argentina prezidenti Alberto Fernandez koronavirusa qarşı hazırlanan peyvəndlərin ölkəsində insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, Fernandez peyvəndin sınaqdan keçməsi üçün məhz Argentinanın seçilməsindən qürurlandığını da dilə gətirib.
Bildirək ki, sınaqlar avqust ayında paytaxt Buenos Ayresdə baş tutacaq və ilkin mərhələ 18 yaşdan yuxarı, virusa yoluxmayan şəxslər üzərində həyata keçiriləcək. Marqarita pizza
Qeyd edək ki, bugünədək Argentinada 1774 nəfər virusdan ölüb, 94 min 60 nəfərdə isə virus simptomları aşkarlanıb.
Telegram kanalımız