Arif Hacılı, İsa Qəmbər və Əli Kərimli müsavatçılara saxta arayış verilməsi ilə bağlı ifadə verdi

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılı, İsa Qəmbər və Əli Kərimli müsavatçılara saxta arayış verilməsi ilə bağlı ifadə verdi

Siyasət

09 Oktyabr 2019 16:12 1379


"Müsavat Partiyası üzvlərinə indiyə qədər 197 arayış verib. Elə üzvlər var ki, onlara arayış verilib və amma xaricə getməyiblər. Bununla bağlı sənədlərə baxmaqda da problem yoxdur”.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bunu bu gün Müsavat başqanlığına namizədlərin debatında Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı bildirib.

Müsavat başqanı deyib ki, arayışlara bağlı məsələ çoxlu səs-küy yaradıb: “Bu məsələ ilə bağlı Baş Prokurorluq cinayət işi açılıb. Biz bununla bağlı ifadə vermişik. Mən, İsa Qəmbər, Gülağa Aslanlı, Əli Kərimli, Gözəl Bayramlı ifadə verib. Əgər bizim ifadəmiz yanlış olsaydı, bizi cəzalandırardılar”. Toyuqlu pizza

O bildirib ki, arayışlara bağlı kimin əlində sübut varsa, ortaya qoysun: “Yenə də deyirəm, bu məsələ ilə bağlı Baş Prokurorluqda istintaq davam etdirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!