Arif Hacılı müxalifətə Əli İnsanovun başına yığışmağı təklif etdi 

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılı müxalifətə Əli İnsanovun başına yığışmağı təklif etdi 

Siyasət

24 Oktyabr 2019 09:31 1600


Milli Şuranın 19 oktyabr mitinqindən sonra müxalifətyönlü elektoratdan bütün müxalifətin birləşməsi çağırışları sosial şəbəkələri bürüyüb. Eyni zamanda bəzi siyasi qüvvələr “birlik marafonu” adı ilə müxalifət təşkilatlarını birliyə çağırırlar.

“Yeni Sabah” musavat.com-a istinadən xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı isə bu gün özünün facebook səhifəsində yeni birlik modelini təqdim edib. Arif Hacılı yazıb ki, müxalifətin birliyi mövzusu yenidən aktuallaşıb. Partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığı tələb edilir.

Arif Hacılı sonra qeyd edib: “Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq Dəyirmi Masanın keçirilməsini təklif edirəm”. Pepperoni pizza

Müsavat başqanının siyahının başında Əli İnsanovun adını yazması maraqla qarşılanıb və soaial şəbəkədə müzakirələrə yol açıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!