Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Facebook"da partiya sədri özü məlumat verib.
*** pizza
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.
Bu barədə "Yeni Sabah"a partiyadan məlumat verilib.
Bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.
Telegram kanalımız