Arif Hacılıdan 14 yeni   təyinat

saytların hazırlanması

Evə çatdırılma

Arif Hacılıdan 14 yeni təyinat

Siyasət

06 Noyabr 2019 14:16 1198


Müsavat Partiyasının başqanı Arif Hacılı özünə 14 müşavir təyin edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, Müsavat Partiyası başqanı Arif Hacılı bu gün imzaladığı sərəncamlarla öz müşavirlərini təyin edib. Dominos pizza

G. Aslanlı bildirib ki, Müsavat başqanının müşavirlərinin sayının çox olmasını rayon təşkilatlarının daha da güclənməsi və fəallaşması istiqamətində atılan addımdır.  

Müsavat Partiyası başqanı Arif Hacılı bu gün imzaladığı sərəncamlarla Azər İsmayıl, Baha Mikayılov, Cahangir Əmirxanlı, Dadaş Əhmədli, Elman Həsənli, Əlikram Xurşidov, Fariz Cəfərli, Füzuli Cərullayev, Mərdan Mehdili, Niyaz Nəsir, Ramazan Əliyev, Sevda Səfərəliyeva (Laçınlı), Yusif Mehdi, Vaqif Davud müşavir təyin edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!