Arif Quliyevin son durumu ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Arif Quliyevin son durumu ilə bağlı AÇIQLAMA

Mədəniyyət

01 May 2021 12:50 1938


Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur.

Yenisabah.az xəbər verir ki, bu barədə publika.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.

Sənətçinin oğlu bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: “Reanimasiya şöbəsindədir, səhhəti ağır olaraq qalır. Ümid Allahadır, gözləyirik”. Toyuqlu pizza

Qeyd edək ki, A.Quliyevin müalicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!