Arıqlama və kökəlmə üçün dərmanların zərərləri... - Həkim-farmakoloqdan   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Arıqlama və kökəlmə üçün dərmanların zərərləri... - Həkim-farmakoloqdan XƏBƏRDARLIQ

Sağlamlıq

04 Oktyabr 2022 00:30 7626


Bir neçə gün öncə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi tərəfindən Mərkəzə məktub əsasında təqdim edilən "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizasını aparıb. 

AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasından mətbuat xidmətinə verilən məlumatda ekspertiza nəticəsində "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları"nın təsdiq edilməsi barədə qanuna əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edildiyi qeyd edilmişdi.

Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Toyuqlu pizza

Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın yan təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.

Həmçinin, FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etmişdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edilib.

Günümüzdə də arıqlığı və köklüyünü kompleks edən kifayət qədər insan var. Çoxu həkimlə məsləhətləşmədən özbaşına bitkitərkibli, iştahartıran kimi bilinən bu dərmanlardan istifadəyə üz tutur. Nəticədə sağlamlığında başqa problemləri olan insanların xəstəlikləri artır.

Bu barədə həkim-farmakoloq, Tibb Universitetinin dosenti Aydın Əliyev Yenisabah.az-a danışıb:

"Keyfiyyətli hansı məhsul satılırsa, onlardan da keyfiyyətli nəticə əldə etmək olar. Türkiyədə arıqlamaq üçün satılan çayların tərkibinə sintetik maddələr qatıldığı aşkar edilib. Adı bitkitərkiblidir, amma tərkibinə başqa kimyəvi maddələr əlavə olunduğu ortaya çıxıb. Məhsul həqiqətən də keyfiyyətli, sırf bitkimənşəli olsa, ürəkrahatlığı ilə istifadə etmək olar. Ümumiyyətlə, belə vasitələrdən istifadə edəndə insan öz anatomik quruluşunu nəzərə almalıdır. Əgər insanda kökəlmə genetikdirsə, artıq burada qida maddələrinə, hərəkətlərə fikir vermək lazımdır. Qəbul olunan enerjinin miqdarı insanın sərf etdiyi enerjinin miqdarına uyğun olmalıdır. İnsan gördüyü işin xarakteristikasından asılı olaraq qida qəbulu dəyişməlidir. Məsələn, ağır işdə çalışan insanın qidası fərqli, oturaq həyat keçirən insanın qidası isə başqa cür olmalıdır. İkincilərdə qida qəbulu az olmalıdır. Çünki enerji az sərf olunur. Bədənindəki enerji sərfini müəyyənləşdirsə, onda arıqlamaq istəyən insan üçün belə problemlər olmaz. İştahanı artırıb-azaldan dərmanlar, digər məhsullar, hərəkət tənzimliyi düzgün itiqamətdə olarsa, insan istədiyi qədər arıqlayar, istədiyi qədər də kökələr. Bunun üçün ilk olaraq bədəndəki enerji miqdarını düzgün təyin etmək gərəkdir. Bunun da sadə üsulları var. İnsanı kökəldən amillərə gəldikdə isə, hərəkətsizlikdən, genetiklikdən başqa, düzgün qidalanmamaq, qidanın vaxtını bilməməkdir. Bizdə insanlar un məhsulları ilə çox qidalanır. Bu qidaların da əksəri xaricdən gəldiyinə görə, zərərləri çoxdur. Yerli istehsallarda isə, bu, yoxdur. Yəni keyfiyyətlidir".

Aydın Əliyev arıqlamaq və kökəlmək üçün qida rejimindən və məhsulun içlik vərəqində yazılanların doğru olması halında qəbulunda heç bir problemin olmadığından da danışıb:

"İnsan bədəninin 70 faizi sudur. Bizdə isə daha çox quru qidalarla qidalanırlar. Digər tərəfdən, içkilər də köklüyə aparır. Biz düzgün qidalansaq, bədənimizdə artıq çəki hiss eləmərik. Yeməklərarası düzgün vaxt təyin edilməlidir. Su, meyvələr yeməkdən yarım saat əvvəl yeyilməlidir. Meyvələr vitaminlərə çevrilir. Vitaminlər də qəbul edilən qidaları həzm edən fermentlərin əmələ gəlməsində iştirak edir. Azərbaycanda isə əksinədir. Yeməkdən dərhal sonra meyvələr qəbul edilir. Satılan məhsulların içliklərindəki vərəqdə yazılanlar doğrudursa, bunların qəbulunda heç bir problem yoxdur. Məhsullar keyfiyyətli olarsa, onların içlik vərəqlərində yazılanlar doğru olarsa, ziyanları olsa belə, əmələ gələcək fəsadları idarə etmək olar".

Həkim sonda belə dərmanların, çayların qəbulunda həkimlə məsləhətləşmənin önəmli olduğunu da diqqətə çatdırıb:

"Məsələn, arıqlama üçün çay qəbul ediləndə insanın iştahanı kəsir. Həkimlə məsləhətləşmədən qəbul edilirsə, mədə-bağırsaq, qaraciyər patologiyaları mədə yaraları əmələ gələ bilər. Həkimsiz nəyinsə qəbulu düzgün deyil".

İmamət İSMAYILOVA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!