“Arsenal” (İngiltərə) türk əsilli futbolçusu Məsut Özili qış transfer dönəmində icarəyə verməyə hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Lakin hücumameyilli yarımmüdafiəçinin London klubundan ayrılmaq istəmədiyi bildirilir. Ehtiyatda qalan 30 yaşlı futbolçunun klubla bağlı problemlərinin olması isə “topçular”ın onu istəmədiyini göstərir.
Xəbərdə “Arsenal”ın yayda onu komandadan çıxartmağa çalışdığı, amma bunun nəticə vermədiyi vurğulanıb. Bildirilib ki, futbolçunun hər dəfə klubla etibarlı bir müqaviləsi olduğunu söyləməsi (2021-ci ilin iyununa qədər) onun qalmaq fikrini ifadə edir. Marqarita pizza
Qeyd edək ki, Almaniya millisinin üzvü 2013-cü ilin sentyabrında Premyer Liqa klubunun heyətinə qatılıb. M. Özil burada ayda 1.6 milyon avro qazanır. Futbolçunun hazırkı bazar dəyəri isə 25 milyon avrodur.
Telegram kanalımız