“Axır zamanlar İbrahim Tatlıses kimi çox ağlayıram, bilmirəm nədəndir. Elə bilirəm ki, anam hər zaman yanımızda qalacaqdı və bizi böyüdəcəkdi”.
“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Niyam Salami bildirib.
“8 uşağıq. Hər zaman düşünürəm ki, ona övladlıq edə bilmişəmmi? İmkanım olsa deyərdim ki, məni bağışlasın. Bəlkə də böyüklüyünü görməmişəm. Atam rəhmətə gedəndən sonra hər şey mənim üstümə düşdü. Kirayə qala-qala 3 bacı köçürüb, 1 qardaş evləndirmişəm. Bunların nə qədər çətin olduğunu bilirsiniz. Çox məsuliyyətdəyəm. O da mənə qapı açır. Yüklənməkdən xoşum gəlir”, - deyə o əlavə edib. Toyuqlu pizza
“Qapqara” verilişində qonaq olan ifaçı gənclik illərində ofisant və aşpaz olduğunu bildirib və insanlara ən çox inanan ofisant Niyam Salami olduğunu deyib:
“Aşpazlar hər zaman məni əziblər. İndi isə sırf şeytan əməlinin içindəyəm. Tullanıram, atlanıram, düşürəm. Mənə elə gəlir ki, yaxşı ki, şeytana papuş tikib, pul qazanıb insanlara kömək edə bilirəm. Şeytan buynuzlu deyil ki, qabağına çıxanda tanıyasan. İnsanı birinci sınağa çəkən nəfs və puldur. Özüm özümüm həkimiyəm. Elə bilirsiz şeytanla mübarizə aparmaq asandır?
İlk dəfə tanındığımı bazarda hiss etdim. “Yaşıl bazar”a getmişdim. Camaat üstümə gəlib, “balam-zad” deməyə başladı. Əli kartofun tozuna bulaşmış bir kişi gəlib mənimlə salamlaşdı və dedi ki, sənə efirdə baxıram, danışanda burnunun kənarları tərpənir. Amma nə demək istədiyini anlamadım. Kimə yaxınlaşdım pul almaq istəmədilər. Dedim, onda gedəcəm. Ondan sonra qərar verdim ki, hərədən 1 şey alacam. Maşında oturanda isə gördüyüm reaksiyalara görə kövrəldim”.
N.Salami bildirib ki, 2030-cu ilə qədər həyatda qalmaya bilər:
“Mənə elə gəlir ki, 2030-a qalmaram. Ölüm gözlə, qaş arasındadır. Düşünürəm ki, bir müddət sonra Qurani-Kərimə cavan nəsil adi ədəbiyyat kimi baxacaq. Çünki hazırda çox fərqli yanaşmalar var. Kitabın tərcüməsini çox alimlər düzgün tərcümə etməyiblər deyə müzakirələr də çoxdur. Çoxluq oxumadan mülahizələr verir. Mən Allahın varlığına inanıram. Düşünürəm ki, hər şeyi ondan istəməliyik. İnsanlar sadəcə nələrisə əldə etməyimiz üçün vasitədir”.
N.Salami evlilik haqqında danışaraq yaxşı ki, övladının olmadığını və bütün mal mülkünü bacısının və qardaşının övladlarına vəsiyət etdiyini də deyib.
Aydan Hacı
Telegram kanalımız