İyul ayında İranın Yaxın Şərqdə amerikalı hərbçilərin yerləşdiyi bazalara endirdiyi zərbələr nəticəsində 100-ə yaxın ABŞ hərbi qulluqçusu yaralanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata əsasən, yaralananların əksəriyyəti artıq xidmətə qayıdıb. ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "CBS News"un verdiyi məlumatın həqiqətə uyğun olduğunu təsdiqləyib. Marqarita pizza
"2026-cı il iyulun 7-dən bəri 100-ə yaxın hərbi qulluqçunun bu və ya digər dərəcədə xəsarət aldığı müəyyən edilib. Bununla belə, onların 96%-i xidmətini davam etdirməyə qayıdıb", - deyə Parnell bildirib.
O iddia edib ki, yaralılar əsasən yüngül kəllə-beyin travması alıblar./Oxu.az
Telegram kanalımız