İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdü   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdü - FOTOLAR

Siyasət

20 İyul 2026 22:52 141


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanaraq, bu cür fəaliyyətin institutlaşdırılması yolları müzakirə edilib.

Ənənəvi və alternativ energetika üzrə mövcud potensial, Orta Dəhliz daxil olmaqla bağlantı, nəqliyyat və logistika sahələrində imkanlar barədə fikir mübadiləsi aparılıb. Dördpendirli pizza

Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq, Almaniyanın bu sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunulub, o cümlədən "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlığın perspektivləri qeyd edilib.

Söhbət zamanı, həmçinin ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!