"Biz bir şifrədən - "Kod 110"dan istifadə edirdik və hamı "Kod 110"un nə məna verdiyini bilirdi".
"Yeni Sabah" Tabnak-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, ABŞ və İsraillə 40 günlük müharibədən əvvəl ölkənin Ali Milli Təhlükəsizlik Şurasında bütün ehtimallar nəzərə alınıb: Pepperoni pizza
"Müharibədən qabaq bütün ssenarilər nəzərdən keçirilmişdi. Hətta Ali Rəhbərin hədəf olacağı təqdirdə nə ediləcəyini nəzərdə tutan ssenari də vardı. Görüş zamanı heç kim bunu dilinə gətirib deyə bilmirdi ki, məsələn, Ali Rəhbər şəhid ola bilər. Buna görə şifrədən - "Kod 110"dan istifadə edirdik və hamı "Kod 110"un nə məna verdiyini bilirdi.
Ali Rəhbərin hədəf alınması halında Hörmüz boğazının bağlanmasını nəzərdə tutan bir ssenari hazırlanmışdı. Regiondakılar bizim həmin əraziyə zərbə endirə biləcəyimizə və onların buna cavab verə bilməyəcəklərinə inanmırdılar".
Telegram kanalımız