Gələn həftə “Artsax”da “konstitusiya”ya dəyişiklik layihəsi “parlament”in növbədənkənar iclasında müzakirə olunacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, Bakı Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı tələblərini davam etdirsə, o zaman separatçıların “rəhbər”i Araik Arutyunyan istefa qərarından geri çəkilməyəcək. pizza hut
Qəzetin məlumatına görə, hətta Araik Arutyunyanın əvəzedicilərinin adları da artıq separatçı KİV-lərdə tirajlanır:
“Bəzi xəbərlərə görə, “konstitusiya” dəyişikliyi qəbul ediləndən sonra siyasi məsləhətləşmələr başlayacaq ki, “parlament”in kimi yeni “prezident” seçəcəyinə “hökumət” və “müxalifət” qərar versin.
Mənbələrimiz bildirir ki, hazırda Samvel Babayanın namizədliyinin rədd edilməsi ilə bağlı konsensus var. Həm “iqtidar”, həm “müxalifət”, həm də ictimaiyyət Babayanın namizədliyini nəyin bahasına olursa-olsun qəbul etmir. Digər adlar da tirajlanır: “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Arayik Arutyunyanın əmisi oğlu, “deputat” Artur Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan”.
Telegram kanalımız