SpaceTv-də Amil Xəlilin “Gəl Dərdini Danış” layihəsində maraqlı anlar yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, ilk olaraq verilişə müraciət edən Muxtar Fətəliyevin övladı Fətəli Fətəliyev çıxış edib. O, atasının digər xanımdan olan övladlarını axtardığını bildirib. Görkəmli şəxsiyyətlərimizdən olan Muxtar Fətəliyev haqqında teleaparıcı Amil Xəlil araşdırma tipli sujeti də tamaşaçılara təqdim edib. “Heç kimim yoxdur” deyən Fətəli bəyə Amil Xəlil tərəfindən edilən sürpriz hər kəsi göz yaşına boğub. O, 72 il sonra öz doğmalarına qovuşub.
Daha sonra verilişə müraciət edən Sədiqənin həyat hekayəsi hər kəsi dəhşətə gətirib. 16 yaşı tamama olmamış qoşulub qaçan gənc gəlin hər gün əri tərəfindən döyüldüyünü bildirib. Ən dəhşətli məqam isə Sədiqənin ərinin verilişdə açıqlaması olub. Marqarita pizza
“Hə, döymüşəm. Yaxşı etmişəm”
Həmin anları sizə təqdim edirik:
Telegram kanalımız