Arvadını aldadıb sevgilisinin yanına getdi, koronovirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Arvadını aldadıb sevgilisinin yanına getdi, koronovirusa yoluxdu

Dünya

19 Mart 2020 00:56 780


Məzuniyyəti zamanı İtaliyadakı sevgilisinin yanına gedən İngiltərə sakini koronavirusa yoluxub.

"Yeni Sabah" xəbər verir ki, həmin vaxt həyat yoldaşı ərinin ölkə xaricinə ezamiyyətə getdiyini düşünüb.

Adı açıqlanmayan 39 yaşlı pasiyent arvadına deyib ki, Böyük Britaniyadan kənara ezamiyyətə yollanır. Ancaq sözün həqiqi mənasında o, Avropa ölkələri arasında koronavirusun ən çox yayıldığı İtaliyada başqa qadınla vaxtını keçirib. Arvadına xəyanət edən kişi qayıdandan sonra həkimlərə İtaliyada olduğunu və virusa yoluxa biləcəyini etiraf edib. pizza

Varlı və yüksək vəzifəli kişi həqiqətən koronavirusa yoluxubmuş. O, həkimlərə öldürücü virusa yoluxma ehtimalı olan sevgilisinin adını açıqlamaqdan imtina edib. /Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!