Arvadını öldürdü, 18 il cəza aldı

saytların hazırlanması

Evə çatdırılma

Arvadını öldürdü, 18 il cəza aldı

Kriminal

17 Mart 2020 10:54 846


Bakı Apellyasiya Məhkəməsində dini nikahda yaşadığı qadını öldürən şəxsin məhkəmə prosesi başa çatıb. “Yenisabah”ın məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Faiq Əliqulu oğlu İbrahimov barəsində çıxarılan 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Xatırladaq ki, 20 dekabr 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Faiq İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2019-cu ilin iyun ayında Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.  Pepperoni pizza

F.İbrahimov məhkəmədə ifadə verərkən arvadını xəyanət üstündə öldürdüyünü bildirib: “Arvadımın başqa şəxslə münasibəti olduğunu öyrəndim və bu barədə onun qardaşına məlumat verdim. Qardaşı isə özü bacısını cəzalandıracağını dedi. Bundan sonra ayrı yaşamağa başladıq. Hadisə günü arvadımı öldürmək niyyətim olmayıb. Həmin gün Xavərin işlədiyi xəstəxanaya həkimə getmişdim. Həkim orada olmadığına görə, qayıtmaq istəyəndə Xavər məni arxadan çağırdı. Aramızda söhbət zamanı o günahını etiraf etdi. Bundan sonra nə baş verdiyini, onu bıçaqla necə vurmağımı xatırlamıram". 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!