Arzu Rəhimova yeni müavin təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Arzu Rəhimova yeni müavin təyin edildi

Maraqlı

12 Noyabr 2021 09:20 1492


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.

Yenisabah.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub. pizza hut

Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!