Arzumanyanın həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Arzumanyanın həbs müddəti uzadıldı

Rəsmi

28 Fevral 2023 15:06 858


“Artsax Müdafiə Ordusu”nun keçmiş “komandan”ı, general-leytenant Mikael Arzumanyanın həbs müddəti daha 2 ay uzadılacaq”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.

Onun sözlərinə görə, məhkəmə istintaq komitəsinin təqdim etdiyi vəsatəti təmin edib. pizza mizza

Xatırladaq ki, 2022-ci il sentyabrın 1-də Ermənistan Baş Prokurorluğu separatçı rejimin “müdafiə ordusu”nun keçmiş “komandir”i, terrorçu xunta “rəhbər”inin “müşavir”i Mikael Arzumanyana qarşı cinayət işi açıb. Arzumanyan strateji əhəmiyyətli bölgəni yenidən işğal etmək istəyən hərbçilərə “geri çəkilmək” əmri verməkdə ittiham olunur.

O, ötən il sentyabrın 1-də həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!